Dünya bizim evimizdir.
Biz ekoloji problemlərin yer kürəsinə göstərdiyi mənfi təsirləri internetdə araşdırdıq.
Araşdırmalar zamanı biz öyrəndik ki, 1 damla neft 25 litr suyu yararsız hala salır. Bu baximdan götürdükdə hər il müxtəlif yollarla su hövzələrinə çoxlu neft daxil olur.
Təxminən yer kürəsinin 70% su ilə örtülüdür. Bunun yalnız 1 % içməli su kimi yararlıdır.
Son 40 ildə adam başına düşən su ehtiyatı 60% azalıb. 884 milyon insan, yəni hər 8-ci insan təhlükəsiz içməli sudan məhrumdur. Su yolu ilə yayılan xəstəliklərdən ildə 3 milyon adam həyatını itirir.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMD-O8Ap4gpLNY6mQMMfxU_jYGgmhibIWx9cc5bQg9TEz7mzt_TrAWu7JZMxffhe9U41W7kDU0Jcd7w2tawe43LVNWLTYU_0N3C-ZGNj0GgQCAvpGtFvpcSTnn4DPvYOVnYx4hTp0w-QA/s1600/300_1092258.jpg) |
Dənizdə partlayış |
Ekoloqlar balıq yeməyi məsləhət görmür. Səbəbəsə dünya okeanın çirklənməsi, dəniz məhsullarının zərərli maddələrlə, xüsusilə də ağır metallarla və civə ilə zəngin olmasıdır. Orta sərnişin avtomobili bir ildə öz çəkisi qədər karbon qazı yaradır. 280 adda zərərli maddələr avtotransport tullantılarının tərkibinə daxildir. Hər il yer üzündən 11 milyon ha meşə silinir ; meşələrin bərpası isə bundan 10 dəfə azdır. Son 100 ildə meyvə- tərəvəzlərdə vitamin və mikroelementlərin miqdarı 70%-ə enib. Ekoloqların məlumatına görə 1 nəfər gündə 0,5 kq zibil yaradir.
Kağızın təbii mühitdə parçalanmasına 10 il, konserv bankasına 90 il , politilen paketə 200 il, plastmasa 500 il , şüşəyə 1000 il lazımdır. Meşədə və dəniz sahilində dincələndə kağız və polietilen paket atarkən bunları xatırlamaq lazımdır.Bu zaman ərzində ,o,balığın ,quşun və digər canliların bədənində ola bilər.
Qlobal istiləşmə davam edir.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7NkVs-sOQOBxYSTErVNRQmpIE8rMwk5TLwWU0Q_vLPKyZLddYR4d6pwdMBtrGGCDKfAqOwVrbnhheczFL4clGA5K6lmT9_iNC9MguZ7ZMAs0ehioLXz__L56p1Pt482MzOT0WikU-bYo/s1600/global-warming_2729041i.jpg) |
qlobal istiləşmə
|
Son 15 ildə havanın orta illik temperaturu 0,8 dərəcə artıb. Buzlaqlarin əriməsi daşqına və selə gətirib çıxarır. Son 50 ildə heyvan və bitki növlərinin 1/3 hissəsi azalıb. Hər il insan bütün heyvanların 1 %-ni məhv edir.
Sonra biz məktəbimizin ətrafina ekskursiya etdik və bəzi problemlərin şahidi olduq. Bəzi yerlərdə ağaclar kəsilmiş və onların yerində kiçik mağazalar açılıb. Həmin mağazalarda isə insan orqanizmi üçün zərərli olan süni şirələr,cipsi və s. satılır. Küçələrdə çoxlu polietilen torbalar, kağız qırıntıları vəs.olduğunu gördük. Bütün bunlar biz insanlar tərəfindən edilir. Küçədə gəzərkən bəzi su kranlarının lazım olmadığı halda açıq olduğunu gördük.Halbuki içməli suya cox böyııük ehtiyac var.
Комментариев нет:
Отправить комментарий