понедельник, 19 мая 2014 г.

Sən də bir ağac ək.

  Azərbaycanda ekoloji vəziyyətin dövlət  səviyyəsində qorunması ıstiqamətində geniş layihələr həyata keçirilir.

Yer kürəsi günü

 Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən son illər  ümimi sahəsi ölkə ərazisinin 3,1 faizinə bərabər olan milli parklar yaradılmış, qoruqların ərazisi genişləndirilmiş və regionlarda müasir sutəmizləyici gurğuların tikintisi davam etdirilir. 

prezidentimiz iməcilikdə



Bununla bele Bakıda çoxlu ekoloji problemlər var. Əsas problemlərdən biri torpaqların  və dənizin çirklənməsidir.Neftlə çirklənmiş torpaqların sahəsi 10,6 min hektar təşkil edir.  Ekoloji problemləri həll etməyin bəzi yolları bunlardır:
  •  Kanalzasiya sisteminin təkmilləşdirilməsi, tullantıların dənizə axıdılmaması, suyun qənaətlə işlədilməsi.

  • Zavod və fabriklərin fəaliyyətinin ekoloji texnologiyaya keçirilməsi.
  • Nəsli kəsilmək üzrə olan bitki və heyvanların qoruqlarda çoxaldılması, ovunun qadağan olunması
  • Sənaye tullantılarının yenidın emalda istifadə olunması  və ya tullantıların zərərsizləşdirilməsı.

 Dünyada insanlar tərəfindən qeyd olunan müxtəlıf ekoloji günlər var:

 22 Mart- Ümumdünya su gunu;

1Aprel- Beynəlxalq quşlar günü;

Təkrar emal

22 Aprel  -Yer günü;

 5İyun- ÜmumdünyaƏtraf mühitin mühafizə günü.


 

Şaqirdlər iməcilikdə

Yer kürəsinə azacıq da olsa kömək etmək üçün iməcilik keçirməyi qərara aldıq.Məktəbin həyətində çoxlu ağaclar və gül kolları əkdık və onları suladıq.Hər adama ildə 400kq oksigen lazımdır.Oksigeni isə ağaclar istehsal edir.Məktəbin ətrafında olan polietilen torbaları və kağızları topladıq
Sonra biz buklet hazırladıq və əhaliyə payladıq. 



Dünya bizim evimizdir.


   Biz ekoloji problemlərin yer kürəsinə göstərdiyi mənfi təsirləri internetdə araşdırdıq. 
  Araşdırmalar zamanı biz  öyrəndik ki, 1 damla neft 25 litr suyu yararsız hala salır. Bu baximdan götürdükdə hər il müxtəlif yollarla  su hövzələrinə çoxlu neft daxil olur.
   Təxminən yer kürəsinin 70% su ilə örtülüdür. Bunun yalnız 1 % içməli su kimi yararlıdır.
Son 40 ildə adam başına düşən su ehtiyatı 60% azalıb. 884 milyon insan, yəni hər 8-ci insan təhlükəsiz  içməli sudan məhrumdur. Su yolu ilə yayılan xəstəliklərdən ildə 3 milyon adam həyatını itirir. 
Dənizdə partlayış
 Ekoloqlar balıq yeməyi  məsləhət görmür. Səbəbəsə  dünya okeanın çirklənməsi, dəniz  məhsullarının zərərli maddələrlə, xüsusilə də ağır metallarla və civə ilə zəngin olmasıdır.
 Orta sərnişin avtomobili bir ildə öz çəkisi qədər karbon qazı  yaradır. 280 adda  zərərli maddələr avtotransport tullantılarının tərkibinə daxildir.  Hər il yer üzündən 11 milyon ha meşə silinir ; meşələrin bərpası isə bundan 10 dəfə azdır.   Son 100 ildə meyvə- tərəvəzlərdə vitamin və mikroelementlərin miqdarı 70%-ə enib.  Ekoloqların məlumatına görə 1 nəfər gündə 0,5 kq zibil yaradir.


Kağızın təbii  mühitdə parçalanmasına 10 il, konserv bankasına 90 il , politilen paketə 200 il, plastmasa 500 il , şüşəyə 1000 il lazımdır.
  Meşədə və dəniz sahilində dincələndə kağız və polietilen paket atarkən  bunları xatırlamaq lazımdır.Bu zaman ərzində ,o,balığın ,quşun və digər canliların bədənində ola bilər.

   Qlobal  istiləşmə davam edir.

qlobal istiləşmə

 Son 15 ildə havanın orta illik temperaturu  0,8 dərəcə artıb. Buzlaqlarin  əriməsi daşqına və selə gətirib  çıxarır.
   Son 50 ildə heyvan və bitki növlərinin 1/3 hissəsi azalıb. Hər il insan bütün heyvanların  1 %-ni  məhv edir. 

 Sonra biz məktəbimizin ətrafina ekskursiya etdik və bəzi problemlərin şahidi olduq. Bəzi yerlərdə ağaclar kəsilmiş və onların yerində kiçik mağazalar açılıb. Həmin mağazalarda isə insan orqanizmi üçün zərərli olan süni şirələr,cipsi və s. satılır. Küçələrdə çoxlu  polietilen torbalar, kağız qırıntıları vəs.olduğunu gördük. Bütün bunlar biz insanlar tərəfindən edilir.   Küçədə gəzərkən bəzi  su kranlarının lazım olmadığı halda açıq olduğunu gördük.Halbuki içməli suya cox böyııük ehtiyac var.



Yer kürəmiz təhlükədədir.

Bloqumuza xoş gəlmisiniz!

Biz-VII sinif şagirdləri dərsliyimizdə Yer kürəsinin bizə ünvanladığı məktubu oxuduq və gördük ki ,Yer kürəsi təhlükədədir.Ona görə də biz müəllimimizlə birlikdə belə bir layihə hazırlamağı qərara aldıq. Biz bu layihəmizdə ekologiyanın pozulmasinin Yer kürəsinə göstərdiyi mənfi təsirləri -qlobal istiləşmənin səbəblərini , su hövzələrinin çirklənməsini, yaşadığımız ərazidəki ətraf mühit problemlərini araşdıracağıq  və bunun mənfi təsirlərini azaltmaq üçün müəyyən tədbirlər görəcəyik.  Əgər insanlar yer kürəsinə olan münasibətlərini dəyişməsələr bu yer kürəsinin məhvinə apara bilər.

  Bir İngilis deyimində deyildiyi kimi

  Only after the last tree 

    Has been cut down

 Only after the last fish 

      Has been caught

Only after the last river   

     Has been poisoned

Only then you will realize

That money cannot be eaten!