Azərbaycanda ekoloji vəziyyətin dövlət səviyyəsində qorunması ıstiqamətində geniş layihələr həyata keçirilir.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJ2BP0TElHZiARg6AWCZ03sMQs9bv8q8xkiuCJ5GWfR1vhA8iGj6OFTO0vACNbuOWV7ABbNDXYFxzZzGavwi74s41BOE6DNJTTohe0lhLhBmXuqQxPF-hO5AZvVhA3UzjMKXP1ojZgVuw/s1600/earth+day+download+for+desktop+wallpapers.jpg) |
Yer kürəsi günü
|
Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən son illər ümimi sahəsi ölkə ərazisinin 3,1 faizinə bərabər olan milli parklar yaradılmış, qoruqların ərazisi genişləndirilmiş və regionlarda müasir sutəmizləyici gurğuların tikintisi davam etdirilir.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1WEULIDRv1kx7z8oJDEinpKxYu9FwGvm9jbzu3xukEDiDYRvkxRIi7dR1cpUPtvYtK4JeSxRud3IsE69xQtDmX9rd4fwh4dkGW7kJfdiPF66DUduD4NWBoka-V28BFk48SsdSCsR2Egw/s1600/prez-agac.jpg) |
prezidentimiz iməcilikdə
|
Bununla bele Bakıda çoxlu ekoloji problemlər var. Əsas problemlərdən biri torpaqların və dənizin çirklənməsidir.Neftlə çirklənmiş torpaqların sahəsi 10,6 min hektar təşkil edir. Ekoloji problemləri həll etməyin bəzi yolları bunlardır:
- Kanalzasiya sisteminin təkmilləşdirilməsi, tullantıların dənizə axıdılmaması, suyun qənaətlə işlədilməsi.
- Zavod və fabriklərin fəaliyyətinin ekoloji texnologiyaya keçirilməsi.
- Nəsli kəsilmək üzrə olan bitki və heyvanların qoruqlarda çoxaldılması, ovunun qadağan olunması
- Sənaye tullantılarının yenidın emalda istifadə olunması və ya tullantıların zərərsizləşdirilməsı.
Dünyada insanlar tərəfindən qeyd olunan müxtəlıf ekoloji günlər var:
22 Mart- Ümumdünya su gunu;
1Aprel- Beynəlxalq quşlar günü;
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiIrgWarRklgNrUgEFtvYAsrMhF88K5v59McNsuwklkwxhLP0Kg3-Td-2AzFhMWzwy65C92W4mMNh1EmXQgzAKWb1ptc0GtS0JPG6fyPOmsDh2LcKd4pJTpz-VRhfe2EUYA3UwVc8bdDc/s1600/13669397965179d894f25eb.png) |
Təkrar emal
|
22 Aprel -Yer günü;
5İyun- ÜmumdünyaƏtraf mühitin mühafizə günü.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWkgNkkDll2s_ysGITId9v_9Qq4K0XunoYdsFBYyR9ETTsDkCKvEwLZ8PwHuKvui4gJ4du_RpEmOlpqq1bm4pIQNB3ajO7YhF7lV7-ikhi19KvfptZ8YzBmXDxcxvXWz4IDTLXr9XFr7A/s1600/yashillashdirma.jpg) |
Şaqirdlər iməcilikdə
|
Yer kürəsinə azacıq da olsa kömək etmək üçün iməcilik keçirməyi qərara aldıq.Məktəbin həyətində çoxlu ağaclar və gül kolları əkdık və onları suladıq.Hər adama ildə 400kq oksigen lazımdır.Oksigeni isə ağaclar istehsal edir.Məktəbin ətrafında olan polietilen torbaları və kağızları topladıq. Sonra biz buklet hazırladıq və əhaliyə payladıq.
Biz ekoloji problemlərin yer kürəsinə göstərdiyi mənfi təsirləri internetdə araşdırdıq.
Araşdırmalar zamanı biz öyrəndik ki, 1 damla neft 25 litr suyu yararsız hala salır. Bu baximdan götürdükdə hər il müxtəlif yollarla su hövzələrinə çoxlu neft daxil olur.
Təxminən yer kürəsinin 70% su ilə örtülüdür. Bunun yalnız 1 % içməli su kimi yararlıdır.
Son 40 ildə adam başına düşən su ehtiyatı 60% azalıb. 884 milyon insan, yəni hər 8-ci insan təhlükəsiz içməli sudan məhrumdur. Su yolu ilə yayılan xəstəliklərdən ildə 3 milyon adam həyatını itirir.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMD-O8Ap4gpLNY6mQMMfxU_jYGgmhibIWx9cc5bQg9TEz7mzt_TrAWu7JZMxffhe9U41W7kDU0Jcd7w2tawe43LVNWLTYU_0N3C-ZGNj0GgQCAvpGtFvpcSTnn4DPvYOVnYx4hTp0w-QA/s1600/300_1092258.jpg) |
Dənizdə partlayış |
Ekoloqlar balıq yeməyi məsləhət görmür. Səbəbəsə dünya okeanın çirklənməsi, dəniz məhsullarının zərərli maddələrlə, xüsusilə də ağır metallarla və civə ilə zəngin olmasıdır. Orta sərnişin avtomobili bir ildə öz çəkisi qədər karbon qazı yaradır. 280 adda zərərli maddələr avtotransport tullantılarının tərkibinə daxildir. Hər il yer üzündən 11 milyon ha meşə silinir ; meşələrin bərpası isə bundan 10 dəfə azdır. Son 100 ildə meyvə- tərəvəzlərdə vitamin və mikroelementlərin miqdarı 70%-ə enib. Ekoloqların məlumatına görə 1 nəfər gündə 0,5 kq zibil yaradir.
Kağızın təbii mühitdə parçalanmasına 10 il, konserv bankasına 90 il , politilen paketə 200 il, plastmasa 500 il , şüşəyə 1000 il lazımdır. Meşədə və dəniz sahilində dincələndə kağız və polietilen paket atarkən bunları xatırlamaq lazımdır.Bu zaman ərzində ,o,balığın ,quşun və digər canliların bədənində ola bilər.
Qlobal istiləşmə davam edir.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7NkVs-sOQOBxYSTErVNRQmpIE8rMwk5TLwWU0Q_vLPKyZLddYR4d6pwdMBtrGGCDKfAqOwVrbnhheczFL4clGA5K6lmT9_iNC9MguZ7ZMAs0ehioLXz__L56p1Pt482MzOT0WikU-bYo/s1600/global-warming_2729041i.jpg) |
qlobal istiləşmə
|
Son 15 ildə havanın orta illik temperaturu 0,8 dərəcə artıb. Buzlaqlarin əriməsi daşqına və selə gətirib çıxarır. Son 50 ildə heyvan və bitki növlərinin 1/3 hissəsi azalıb. Hər il insan bütün heyvanların 1 %-ni məhv edir.
Sonra biz məktəbimizin ətrafina ekskursiya etdik və bəzi problemlərin şahidi olduq. Bəzi yerlərdə ağaclar kəsilmiş və onların yerində kiçik mağazalar açılıb. Həmin mağazalarda isə insan orqanizmi üçün zərərli olan süni şirələr,cipsi və s. satılır. Küçələrdə çoxlu polietilen torbalar, kağız qırıntıları vəs.olduğunu gördük. Bütün bunlar biz insanlar tərəfindən edilir. Küçədə gəzərkən bəzi su kranlarının lazım olmadığı halda açıq olduğunu gördük.Halbuki içməli suya cox böyııük ehtiyac var.
Bloqumuza xoş gəlmisiniz!
Biz-VII sinif şagirdləri dərsliyimizdə Yer kürəsinin bizə ünvanladığı məktubu oxuduq və gördük ki ,Yer kürəsi təhlükədədir.Ona görə də biz müəllimimizlə birlikdə belə bir layihə hazırlamağı qərara aldıq. Biz bu layihəmizdə ekologiyanın pozulmasinin Yer kürəsinə göstərdiyi mənfi təsirləri -qlobal istiləşmənin səbəblərini , su hövzələrinin çirklənməsini, yaşadığımız ərazidəki ətraf mühit problemlərini araşdıracağıq və bunun mənfi təsirlərini azaltmaq üçün müəyyən tədbirlər görəcəyik. Əgər insanlar yer kürəsinə olan münasibətlərini dəyişməsələr bu yer kürəsinin məhvinə apara bilər.
Bir İngilis deyimində deyildiyi kimi
Only after the last tree
Has been cut down
Only after the last fish
Has been caught
Only after the last river
Has been poisoned
Only then you will realize
That money cannot be eaten!